Sionist rejiminin cinayətkar ordusu dünən (çərşənbə günü) səhər Qəzzənin şərqində yerləşən Şücaiyyə məntəqəsindəki yaşayış blokunu ağır bombalarla bombalayaraq tamamilə məhv edib.
Məlumata əsasən, 56 evə sahib olan bu yaşayış blokunun hamısı yerlə yeksan edilib.
İşğalçı İsrail hərbiçilərindən biri öz mobil telefonu ilə bu cinayəti lentə alıb sevinir və “İsrail”-in qələbəsinin Şücaiyyədən başlayacağını deyir.
Bu vəhşicəsinə olan hücumda onlarla fələstinli şəhid olub və yaralanıb.
Amerika nəşriyyatlarından biri Dekabrın 11-i verdiyi açıqlamada bildirib ki, ABŞ sionist rejiminin Qəzzəyə qarşı təcavüzkarlığı başladıqdan bəri bu rejimə təxminən 15 000 bomba, 50 000-dən çox top gülləsi və 2 000 kq səngər əleyhinə bomba (900 kq-lıq bombalar) verib.