Xəbər mənbələri bazar günü səhər saatlarında, sionist rejiminin Qəzzənin şimalına olan hava hücumunda 8 fələstinlinin şəhid olduğunu bildiriblər.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejiminə aid qırıcılar Qəzzənin şimalında yerləşən Cəbaliya düşərgəsindəki bir yaşayış mənzilini hədəfə alıblar ki, bu da, 8 nəfərin şəhid olması və bir sıra insanın isə yaralanması ilə nəticələnib.
Bundan əvvəl də sionist rejiminin Qəzzənin mərkəzində yerləşən Deyr əl-Bələhə olan hava hücumlarında 7 fələstinli şəhid olmuşdu.
Sionist rejiminin Qəzzə zolağına qarşı nəticəsiz qalan 300 gündən çox başlanan təcavüzündən sonra bu rejim hər gün daha çox daxili və xarici böhranda batır.