Sionist rejiminin hərbiçilərinin 4 gün hərbi hücumdan sonra Qəzzə şəhərinin cənub-qərbindən qismən çıxması ilə sionistlərin cinayətlərinin digər bir səhnəsi ortaya çıxıb… Onlarla cənazə üst-üstə və dağıntılar altında qalıb, yüzlərlə ev tamamilə dağıdılıb.
Fələstinin Qəzzədəki Mülki Müdafiə təşkilatının sözçüsü Mahmud Bəsəl deyib: Sionist rejiminin ordusu Tel əl-Həva, əs-Sənae məntəqəsi və “Əsdiqa əl-məriz” xəstəxanasından Tel əl-Həvanın cənubundakı Küçə 8-ə qədər olan ərazilərdən geri çəkilib.
Bəsəl bəyanat yayaraq bildirib: Mülki müdafiə qüvvələri sionist hərbiçilərinin geri çəkilməsindən sonra şəhidlərin bir çoxunun cənazəsini Tel əl-Həva və əs-Sənae məntəqələrinin ərtaf bölgələrində aşkarlayıblar. Bu məntəqələrdə evlərin çoxu yanıb.
O, əlavə edib: Biz bir ailənin ailə üvzlərini tamamilə dağıntılar altından çıxarmışıq və fasiləsiz olaraq bizə Tel əl-Həva və əs-Sənae məhəllələrindən yardım mesajları gəlir.
Fələstin tibb və müalicə resursları bildiriblər ki, sionist hərbiçilərinin Əsdiqa əl-məriz xəstəxanasının ətrafından geri çəkilməsindən sonra xilasedicilər bu xəstəxanadan 5 fələstinlinin cəsədini çıxarıblar.
Bununla əlaqədar olaraq Dövlət İnformasiya Ofisi bəyanat yayaraq sionist hərbiçilərin Tel əl-Həva məhəlləsindəki dəhşətli cinayətləri barədə məlumat əldə etdiklərini açıqlayıblar.
Şahidlərin sözlərinə görə, Tel əl-Həva və əs-Sənae məntəqəsində yüzlərlə yaşayış mənzili sionist rejiminin ordusu tərəfindən yandırılıb və ya tamamilə dağıdılıb.