Xəbər mənbələri Qəzzənin qərbində yaşayış binasının bombalanması nəticəsində 10 fələstinli uşağın şəhid olduğunu bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, İsrail rejjminin döyüş təyyarələri Qəzzə şəhərinin qərbindəki əş-Şati düşərgəsində yaşayış evini bombalayıb.
Əl-Həvaci ailəsinin evini hədəf alan bu bombalı hücumda 10 fələstinli uşaq şəhid olub, çox sayda uşaq isə yaralanıb.