Sionist rejimi ordusu iki gecə əvvəl (24 Oktyabr) Qəzzəyə olan hücumlarında qadağan olunmuş fosfor bombalarından istifadə edib.
Qəzzədəki Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Qədrə bildirib ki, Qəzzənin şərqindəki Əd-Dərrə uşaq xəstəxanası İsrail qırıcılarının fosfor bombaları ilə hücumunun ardınca, fəaliyyətini dayandırıb.
Sionist rejimi ordusu, həmçinin Livanın sərhədyanı qəsəbə və kəndlərinin bəzilərini fosfor bombaları ilə hədəfə alır.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejimi ordusu son günlər Livanın cənubundakı Dahira qəsəbəsini fosfor bombaları ilə hücuma məruz qoyub.
Beynəlxalq Əfv Təşkilatı bildirib ki, “İsrailin hərbi bölmələrinin Qəzzənin bombalanması zamanı fosfor bombalarından istifadə etmələrini başa düşmüşük”.
Human Rights Watch Təşkilatı (dünya səviyyəsində insan haqlarını müdafiə edən və bu mövzuda araşdırmalar edib, yayınlayan beynəlxalq qeyri-hökumət təşkilatı) sionist rejiminin 10 və 11 Oktyabr tarixlərində Qəzzəyə və Livana olan hücumda fosfor bombalarından istifadə etməsini təsdiqləyib.
Qəzzənin bombalanması İngiltərənin istehsal etdiyi və göndərdiyi kasset bombaları və fosfor bombaları ilə həyata keçirilir.
ABŞ hökuməti nəinki indiyədək uşaq ölümünə və Qəzzədəki onlarla hərbi cinayətə, o cümlədən yaşayış məntəqlərinin fosfor və kasset bombaları ilə bombalanması və mülki şəxslərin qanına qəltan edilməsinə reaksiya verməyib, əksinə, müharibədən bir həftə keçdikdən sonra hələ də həyasızcasına bu rejimin cinayətlərinə haqq qazandırır, cinayətlərini müdafiə edir.