Xəbər mənbələri sionist rejiminin ordusunun Qəzzə zolağının müxtəlif nahiyələrinə davam edən hücumları və Dir əl-Bələh şəhərində azı 12 nəfər Fələstin vətəndaşının şəhid olması ilə bağlı məlumat veriblər.
Verilən məlumata əsasən, Dir əl-Bələh şəhərində 3 yaşayış mənzilinin sionist rejiminə aid qırıcılar tərəfindən bombalanmasının ardınca, azı 12 nəfər şəhid olub və daha bir neçə nəfər isə yaralanıb.
Sionist rejiminə məxsus qırıcı təyyarələr Dir əl-Bələh şəhərindəki əl-Buxari məscidini hədəfə alıblar.
Qəzzə şəhərinin cənub şərqində yerləşən əz-Zeytun bölgəsi də sionist ordusunun hava hücumlarına və artilleriya zərbələrinə tuş gəlib.
Sionist rejiminin artilleriyası, həmçinin əz-Zeytun məhəlləsinin şərqini və Qəzzə zolağının cənubunda yerləşən Xan Yunisin qərb bölgələrini hədəf seçib.