Sionist rejiminin dünən səhər Qəzzə zolağındakı Əbəsan Deyr əl-Bələh şəhərciyinə hücumunda bir qadın şəhid olub.
Xarici KİV-in verdiyi məlumata görə, işğalçı təyyarələri Deyr əl-Bələh şəhərciyində yerləşən Məntəqə əl-Hədəbədəki bir evi hədəfə alıblar. Nəticədə bir qadın şəhid olub, digər bir sıra insan isə yaralanıb və Əl-Əqsa xəstəxanasına aparılıb.
Həmçinin sionist işğalçılarının Xan Yunis vilayətinin şərqində yerləşən Əbəsan şəhərindəki Qədihin ailəsinin evinə olan hücumunda bir sıra vətəndaş yaralanıb.
Sionist rejiminin ordusuna məxsus qırıcılar, həmçinin Əbəsan əl-Kəbirə bölgəsindəki yaralıları daşımaq üçün gələn 4 təcili yardım maşınını bombalayıb.
Digər xəbər bundan ibarətdir ki, dünən səhər sionistlərin hücumunda fələstinli iki müxbir şəhid olub və digər bir müxbir isə sionist qırıcılarının onun Qəzzədəki iş yerinə hücumu nəticəsində yaralanıb.
Bəzi mediya mənbələri işğalçı rejimin təyyarələrinin Qəzzə Müəssisələri küçəsindəki Hacı qülləsini bombalayaraq tamamilə məhv etdiyini bildiriblər. Cənubda yerləşən Rəfəh sakini, müxbir və Əl-Xamisə qəzetinin redaktoru Səid Rizvan Təvil və Qəzzə sakini jurnalist və xəbər agentliyinin fotoqrafı Muhəmməd Rizq Subh da şəhid olub.