Xəbər mənbələrinin verdiyi məlumata görə, dünən səhər saatlarına yaxın sionist rejiminə aid qırıcı təyyarələrin Qəzzənin cənubunda həyata keçirdikləri bombardmanlar nəticəsində 14 fələstinli şəhid olub.
Xarici KİV-in verdiyi məlumata əsasən, sionist rejiminə məxsus qırıcılar Qəzzənin cənubunda yerləşən Rəfəh şəhərindəki yaşayış bölgələrini bombalayıblar.
Bu məlumata əsasən, sionist rejiminin Rəfəhə olan hava hücumlarında azı bir uşaq daxil olmaqla 14 fələstinli şəhid olub və bir neçə nəfər isə yaralanıb.