Fələstin mediaları Qəzzə zolağının cənubunda yerləşən Həmd şəhərində iki yaşayış binasının bombalanması barədə məlumat veriblər.
Sionist rejimi Qəzzə zolağına qarşı təcavüzün 310-cu günündə sübh vaxtı Qəzzə zolağının cənubunda yerləşən “Həmd” şəhərindəki iki yaşayış binasını bombalayıb.
Fələstin mediaları da Qəzzə zolağının cənubunda yerləşən Xan Yunis şəhərinin şimal-qərbindəki Həmd şəhərinin ətrafının ağır şəkildə bombalanması barəsində məlumat veriblər. Bu hücumun mümkün qurbanlarının sayı barəsində hələ ətraflı məlumat əldə edilməyib.
Fələstinin xəbər agentliklərindən biri bildirib ki, sionist rejimi bugün səhər Xan Yunisdə yerləşən Həmd şəhərindəki A7 və A8 qüllələrini bombalayıb. Bu bombardman bir sıra Fələstin vətəndaşının həyatını itirməsi ilə nəticələnib və indiyədək 5 nəfər yaralı Qəzzə zolağının cənubunda yerləşən Nasir xəstəxanasına yerləşdirilib.