Fələstin mənbələri işğalçı İsrail ordusunun Rəfəhin bəzi hissələrindən və Xan Yunisin şərqindən geri çəkilməsindən sonra indiyədək 20 şəhid cənazəsinin tapılması barədə məlumat veriblər.
Qəzzədəki yardım və xəstəxana mənbələri bildiriblər ki, işğalçı İsrail ordusunun Xan Yunisin bəzi şərq bölgələrindən və Rəfəh şəhərindən çıxmasından sonra xilasetmə qüvvələri dağınıtılar altından ya da ictimai yollarda 20 şəhid cənazəsi tapıblar.
Fələstin mənbələrinin məlumatına görə, şəhidlərin cənazələrinin tapılması üçün küçələrdə və dağıdılmış binalarda axtarışlar davam edir.
İşğalçı ordu dünən səhər Xan Yunisin bəzi bölgələrindən, o cümlədən əl-Qərarah və Bəni Süheyla qəsəbələrindən geri çəkilib. İsrail mənbələrinin məlumatına görə, ordu Qəzzədəki qoşunlarından 3 batalyonu işğal olunmuş Fələstinin cənubundakı “Beyt Lied” bazasına göndərib.