Xəbər mənbələri cümə günü gecə sionist rejiminin Qəzzənin mərkəzinə olan hava hücumlarında 24 fələstinlinin şəhid olması barəsində məlumat veriblər.
Xarici KİV-in verdiyi məlumata əsasən, sionist rejiminin Qəzzənin mərkəzində yerləşən Dir əl-Bələh məntəqəsindəki yaşayış mənzillərindən birinə olan hücumunda 24 fələstinli şəhid olub və bir neçə uşaq da daxil olmaqla bəzi insanlar yaralanıb.