KİV-in müxbirlərindən biri, sionist rejiminin Qəzzə zolağındakı yaşayış bölgələrinə qarşı hücumlarında yaralananların ölməsinə əmin olmaqdan ötrü çirkin planı barəsində xəbər verib.
Müxbir deyib: İşğalçı rejim yaralanmış fələstinlilərin ölmələri və xəstəxanaya yetişməmələrinə əmin olmaqdan ötrü çirkin plan fikirləşib.
O, əlavə edib: Fələstin Səhiyyə Nazirliyinin sionist rejiminin bombardmanlarında şəhid olanların sayını elan etsədə, bu say artmaqdadır. Çünki, 3200-dən çox fələstinli dağıntılar altındadır və əgər onlar bombardmanlarda yaralanmış olsalar, şəhidlərdən olacaqlar.
O, vurğulayıb: Mülki avtomobillər dağıntılar altında itkin düşmüş insanları xilas etməyə qadir deyillər. Çünki, İsrail yaralılara yetişməmələri üçün onları birbaşa hədəfə alır və eyni zamanda yolları bombalamaqla təcili yardım maşınlarının yaralılara yetişməsinə mane olur.
Bu da, təcili yardım xidmətçilərinin çox vaxt maşınlardan düşməyə və yaralılara yetişmək üçün küçələri piyada keçməyə məcbur olmalarına səbəb olur. O, vurğulayıb ki, işğalçılar qəsdən yardım qüvvələrini hədəfə alırlar və Fələstin Səhiyyə sektorunun qüvvələrinin bir çoxunu şəhid ediblər