Fələstinli medialar Qəzzədəki İndoneziya xəstəxanasının ətrafında fələstinli qaçqınlardan ibarət onlarla şəhid cəsədi barədə məlumat veriblər.
Bu medialar zamanla cəsədlərinin çox hissəsi məhv olan bu cəsədlərin çoxunun “Tel əz-Zətər” ərazilərində və Qəzzədəki İndoneziya xəstəxanasının ətrafında tapıldığını bildiriblər.

Qəzzədəki İndoneziya xəstəxanası sionist rejiminin təcavüzləri başlayandan dəfələrlə təcavüzə, bombarmanlara məruz qalıb və Noyabr ayının ortalarında bu rejimin hərbiçiləri və zirehli bölmələri tərəfindən mühasirə olunub. Min nəfər fələstinli qaçqının sığınacağı olan bu xəstəxananın bir çox bölmələri də bombardmanlarda viran qoyulub.


Fələstin Səhiyyə Nazirliyi cümə günü elan edib ki, sionist rejiminin təcavüzləri başlayandan indiyədək Qəzzə zolağında şəhid olanların sayı 20 057 nəfərə çatıb.
Fələstin Səhiyyə Nazirliyi verdiyi bəyanatında (cümə günü) bildirmişdi: Sionist rejiminin təcavüzü nəticəsində Oktyabrın 7-dən indiyədək Qəzzəd zolağında 53 320 nəfər də yaralanıb.
Bu bəyanata əsasən, ötən 48 saat ərzində Qəzzə zolağında əlaqələrin və internetin kəsilməsi ilə eyni zamanda 390 fələstinli şəhid olub və 734 nəfər isə yaralanıb.
Sionist rejiminin qırıcıları cümə günü səhər saatlarına yaxın bir vaxtda Qəzzə zolağının müxtəlif bölgələrini, o cümlədən Qəzzə zolağının şimalındakı Cəbaliya düşərgəsini bombalayıblar. Fələstin medialarının bildirdiyinə görə, şəhidlərin cəsədlərinin və yaralıların dağıntılar altından çıxarılması üçün davamlı cəhdlər göstərilib.