Qəzzədəki Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki, Qəzzədə yerləşən Əş-Şifa xəstəxanası tam olaraq fəaliyyətini dayandırıb və onun cərrahiyyə şöbəsi bombalanıb.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzədəki Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki, Şifa Tibb Kompleksi tam olaraq bağlanıb və xidmət göstərmir. Şifa xəstəxanasının cərrahiyyə şöbəsi bombalanıb. Bütü dərmanlar bitib və yanacaq bitdiyindən elektrik generatorları işləmir.
O, deyib: Bombardmanların və artilleriya hücumlarının səsini eşidirik. Xəstəxana ərazisi birbaşa hədəf seçilir.
O, həmçinin su və qidanın da bitdiyini bildirib.
Verilən məlumata əsasən, Qəzzədəki Əş-Şifa xəstəxanası və ətrafı (cümə günü) dəfələrlə sionist rejiminin hava hücumlarına birbaşa hədəf seçilib.