Sionist rejiminin Qəzzə zolağının mərkəzində yerləşən qaçqın düşərgəsindəki bir məktəbə artilleriya hücumları azı 20 nəfərin şəhid olması ilə nəticələnib.
Media mənbələri sionist rejimi ordusunun Qəzzə zolağının mərkəzində yerləşən ən-Nəsirat düşərgəsindəki bir məktəbə artilleriya hücumları zamanı azı 20 nəfərin şəhid olması və bəzilərinin isə yaralanması haqda məlumat veriblər.
Sionist ordusunun hücum etdiyi bu məktəb fələstinli qaçqınların məskunlaşdığı yer olub.
Qəzzədəki əl-Əqsa xəstəxanası şəhidlərdən 8-nin bir ailənin üzvü olduğunu bildirib.