Qəzzədəki Dövlət İnformasiya Ofisi Qəzzə şəhərində yerləşən əş-Şifa xəstəxanasında 3-cü kütləvi məzarlığın aşkarlanması ilə bağlı məlumat verib və bu məzarlıqdan 49 cəsədin çıxarıldığını bildirib. Bununla da, Qəzzə xəstəxanalarında aşkarlanmış kütləvi məzarlıqların sayı 7-ə çatıb.
Qəzzədəki Dövlət İnformasiya Ofisi açıqlama verərək bildirib: Tibb işçiləri Qəzzədəki əş-Şifa xəstəxanasında 3-cü kütləvi məzarlıq tapıblar. Bu qrum vurğulayıb ki, tibb işçiləri əş-Şifa xəstəxanasındakı 3-cü kütləvi məzarlıqda bu ana qədər 49 şəhidin cənazəsini aşkarlayıb və axtarış tədirləri hələ də davam edir.
Bu hesabata əsasən, müharibə boyunca Qəzzə zolağında indiyə qədər 7 kütləvi məzarlıq aşkarlanıb: Əş-Şifa xəstəxanasında 3, Qəzzə zolağının cənubundakı Nasir xəstəxanasında 3 və Qəzzə zolağının şimalındakı Kamal Üdvan xəstəxanasında isə digər 1 kütləvi məzarlıq.
Bu hesabatda bildirilib ki, tibb işçiləri bugünə qədər 7 kütləvi məzarlıqdan ümumilikdə 520 şəhid taparaq çıxarıblar.
Bununla əlaqədar olaraq HƏMAS hərəkatı bəyanat verərək bildirib: Qəzzə zolağındakı Səhiyyə Nazirliyi Qəzzə xəstəxanalarında ümumilikdə 7 kütləvi məzarlıq aşkarlayıb. Bu, sionist rejimi ordusunun Fələstin xalqına və müalicə sektoruna qarşı həssas strukturların dağıdılması, vətəndaşların soyqrımı və məcburi köçürülməsi məqsədi ilə sistematik hücumlarında törətdiyi vəhşiliyin həcminin göstəricisidir.