Sionist rejiminin Qəzzənin əl-Küveyt meydanında qida yardımı almaq üçün sıraya düzülən fələstinlilərə qarşı hücumunda şəhid olanların sayı 19 nəfərə çatıb.
Verilən məlumata əsasən, Fələstinin Qəzzədəki Dövlət İnformasiya Ofisi bildirib: Sionist rejiminin ordusu növbəti dəfə fələstinli dinc əhaliyə qarşı cinayət törədib. İşğalçı ordu Qəzzə şəhərinin cənub-şərqində yerləşən əl-Küveyt meydanında humanitar yardımlar almaq üçün gözləyən minlərlə fələstinliyə atəş açıb.
Ofisdən bildirilib ki, bu cinayətdə 19 nəfər şəhid olub və 23 nəfər də yaralanıb.
Bu bəyanatda deyilir: İsrail tankları yardım gözləyən və onlara heç bir təhlükə yaratmayan fələstinlilərə tərəf atəş açaraq bu vəhşi cinayəti törədiblər.