Xəbər mənbələri Qəzzə şəhərinin şimalında yaşayış mənzillərindən birinin bombalanması nəticəsində 6 fələstinlinin şəhid olduğunu açıqlayıblar.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejimi törətdiyi yeni cinayətdə Qəzzə şəhərinin şimalında yerləşən Şeyx Rizvan məhəlləsindəki bir yaşayış mənzilini bombalayıb.
Bu hücum zamanı 1 qadın və 4 uşaq da daxil olmaqla, 6 fələstinli şəhid olub.
Qəzzə zolağındakı xəstəxana mənbələri çərşənbə günü səhər saatlarından cümə axşamı səhər saatlarına qədər sionist rejimin Qəzzə zolağının müxtəlif bölgələrinə qarşı həyata keçirdiyi hücumlarda 45 nəfərin həyatını itirdiyini bildiriblər.
