İşğalçı rejimin partladacağı ilə təhdid etdiyi Qəzzənin cənubunda su qıtlığı böhranı yaşanır.
Verilən hesabata görə, Əl-Vusta məntəqəsində, xüsusən də işğalçı rejimin partladmaqla hədələdiyi Qəzzə zolağının cənubundakı Ən-Nəsirat məntəqəsində su qıtlığı böhranı yaşandığı bildirilib.
Bu hesabata əsasən, İsrail rejimi qəsdən Qəzzə zolağının infrastrukturlarını hədəfə alır və çox sayda su şirinləşdirmə zavodunu məhv edir.
Su motorlarının yanacağı bitdiyinə görə, fələstinlilərin çoxu içməli sularını təmin etmək üçün təkcə bir neçə saat işləyən yeganə su şirinləşdirici stansiyası ətrafında hər gün sıraya düzülürlər.
Həmçinin bildirilib ki, fələstinlilərin canı su qıtlığı təhükəsinə, çirkli sulardan istifadəyə və həmçinin su təmin etmək üçün sıraya düzülmüş vətəndaşların düşmən tərəfindən hədəfə alınmasına görə, təhlükədədir.