Qəzzə zolağının müxtəlif bölgələrində soyqırımını davam etdirən İsrail rejiminin ordusu Qəzzə şəhərinin “əl-Rizvan” məhəlləsindəki “əl-Rantisi” Uşaq Xəstəxanasını pilotsuz təyyarə ilə hədəfə alıb.
Xəbər agentliklərindən biri çərşənbə günü Qəzzə zolağındakı vəziyyətlə bağlı son hesabatında yazıb: Qəzzə zolağında quruda baş verən hadisələr yüksək templə davam edir və İsrail hücumlarının genişlənməsi ilə Qəzzə şəhəri və ətrafının mərkəzini hədəfə alıb.
Eyni zamanda, İsrail rejimi Fələstin dairələrinin mühasirədə olan Qəzzə zolağının əhalisinə qarşı sistematik soyqırım və etnik təmizləmə müharibəsində yeni fəsil kimi qələmə verdikləri hərbi əməliyyatlarını genişləndirdiyini bəyan edib.
Bu baxımdan, intensiv hücumlar və bombardmanlar, evlərin və infrastrukturun sistemli şəkildə dağıdılması şəhidlərin sayının artmasına və iki milyondan çox fələstinlinin üzləşdiyi humanitar fəlakətin dərinləşməsinə səbəb olub. Fələstinlilər aylardır ki, aclıq, dərman çatışmazlığı və həyat üçün zəruri olan ehtiyacların olmaması səbəbindən tədricən ölümlə üz-üzədirlər.
Bununla əlaqədar olaraq, Fələstin mediası İsrail rejiminin təyyarələrinin çərşənbə günü Qəzzə şəhərindən olan fələstinli qaçqınların yerləşdiyi Tabein məktəbinin yaxınlığındakı əl-Mötəsim binasını hədəf aldığını və mülki müdafiə qüvvələrinin və təcili yardım maşınlarının hadisə yerinə göndərildiyini bildirib.
Media əlavə edib: İsrail helikopterləri də bu gün Qəzzə zolağının cənubunda yerləşən Xan Yunis şəhərinin şimalında bir neçə məntəqəni bombalayıb.
Qəzzə şəhərinin Yarmuk küçəsi ətrafı da İsrail ordusunun bir sıra hava hücumlarının şahidi olub.
Bu arada İsrail pilotsuz təyyarələrinin Qəzzə şəhərinin Şeyx Rizvan məhəlləsindəki əl-Rantisi Uşaq Xəstəxanasını birbaşa atəşlə hədəfə alması xəstəxanadakı xəstələrin və tibb işçilərinin həyatı ilə bağlı narahatlıqları artırıb.
İsrail döyüş təyyarələri də bu gün Qəzzə şəhərinin cənub-qərbindəki Tel Əl-Hava bölgəsinə güclü hava zərbələri endirib və məhəllənin cənub hissəsindəki evləri dağıdıb. Eyni zamanda İsrail qüvvələri məhəllədə partlayıcılarla dolu zirehli maşını işə salıb.
İsrail ordusu, həmçinin Qəzzə şəhərinin Şeyx Rizvan məhəlləsində yaşayış evləri arasında bir neçə ton partlayıcı daşıyan çoxlu sayda zirehli maşını partladıb və bu ərazidə geniş dağıntılara səbəb olub.