Qəzzə Səhiyyə Nazirliyi dünən (cümə axşamı) İsrail rejiminin Qəzzə zolağına təcavüzü nəticəsində ölənlərin gündəlik statistikasını açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata əsasən, son 48 saat ərzində 118 şəhid və 581 yaralı Qəzz zolağındakı xəstəxanalara çatdırılıb.
Nazirlik əlavə edib ki, 2023-cü il Oktyabrın 7-dən etibarən İsrail rejiminin Qəzzə zolağına hücumlarında şəhid olanların sayı 57 min 130, yaralı sayı isə 135 min 173-ə çatıb.
Qəzzə Səhiyyə Nazirliyi İsrail rejiminin müvəqqəti atəşkəsi ləğv etdiyi 2025-ci il Martın 18-dən bu yana şəhid sayının 6572, yaralı sayının isə 23132 nəfərə yüksəldiyini açıqlayıb.
Qəzzə Səhiyyə Nazirliyi mülki müdafiə və fövqəladə hallar qruplarının çata bilmədiyi çox sayda şəhidin yollarda və dağıntılar altında olduğunu vurğulayıb.