Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi şənbə günü günortadan sonra elan edib ki, İsrail rejiminin zolağa hücumlarından sonra son 48 saat ərzində 29 şəhid və 21 yaralı xəstəxanalara yerləşdirilib.
Bu rəqəmə meyitləri dağıntılar altından çıxarılan 23 şəhid, ağır yaralardan dünyasını dəyişən 2 şəhid və rejimin birbaşa hücumları nəticəsində dünyasını dəyişən 4 şəhid daxildir. Bundan başqa cəsədləri hələ də təhvil verilməyən və rəsmi statistikaya əlavə olunmayan “Ali Əbu Şaban ailəsi qətliamı”nda daha 11 şəhid dağıntılar altında qalıb.
Verilən məlumata görə, bir sıra qurbanların cəsədləri hələ də dağıntılar altında və yollardadır və yardım və mülki müdafiə qüvvələri mövcud şəraitə görə onların köməyinə çata bilmir.
Bu yeni rəqəm də daxil olmaqla, sionist rejimin 2023-cü il Oktyabrın 7-də hücumlarının başlamasından indiyədək şəhidlərin ümumi sayı 68 min 116 nəfərə, yaralıların sayı isə 170 min 200 nəfərə çatıb.
2025-ci il Oktyabrın 11-də əldə olunan atəşkəsdən indiyədək dağıntılar altından ümumilikdə 27 şəhid, 143 yaralı və 404 cəsəd çıxarılıb.
Bundan əlavə, İsrail rejimindən 15 naməlum cəsəd təhvil alınıb, bununla da rejimdən təhvil alınan cəsədlərin ümumi sayı 135-ə çatıb.


























