Qəzzə Səhiyyə Nazirliyi sionist rejimin təcavüzkar hücumları nəticəsində şəhidlərin sayının 53 min 655 nəfərə yüksəldiyini bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzə Səhiyyə Nazirliyi son 24 saat ərzində Qəzzə zolağındakı xəstəxanalara 82 şəhid və 262 yaralının aparıldığını açıqlayıb
Nazirlik bildirib ki, hələ də bir sıra qurbanlar dağıntılar altında və yollar üzərində qalıb, lakin yardım və mülki müdafiə qrupları onlara kömək edə bilmirlər.
Qəzzə Səhiyyə Nazirliyinin məlumatına görə, 7 Oktyabr 2023-cü ildən bəri İsrail rejiminin təcavüzkar hücumları nəticəsində şəhid olanların sayı 53 min 655 nəfərə, yaralıların sayı isə 121 min 950 nəfərə çatıb.
Həmçinin qeyd olunub ki, 18 Mart 2025-ci ildən – sionist rejimin atəşkəsdən sonra təcavüzü yenidən başladığı tarixdən – indiyədək 3 min 509 şəhid və 9 min 909 yaralı qeydə alınıb.