Qəzzə Səhiyyə Nazirliyi 2023-cü il Oktyabrın 7-dən Qəzzədə şəhidlərin sayının 57 268 nəfərə yüksəldiyini açıqlayıb.
Xarici KİV-in məlumatına görə, Qəzzə Səhiyyə Nazirliyi son günlər ərzində Qəzzə xəstəxanalarında 138 şəhidin və 452 yaralının köçürülməsinin şahidi olduğunu bildirib.
Bu məlumata əsasən, Qəzzədə atəşkəsin pozulduğu 2025-ci il Martın 18-dən indiyədək şəhidlərin sayı 6710, yaralıların sayı isə 23584-ə çatıb.
Qəzzə Səhiyyə Nazirliyi əlavə edib ki, bu statistika nəzərə alınaraq, 2023-cü il Oktyabrın 7-dən indiyədək şəhid olanların sayı 57 268 nəfərə, yaralıların sayı isə 135 625 nəfərə çatıb.
Həmçinin, son günlərdə yardım paylama mərkəzlərində 62 nəfər şəhid olub, 300-dən çox insan yaralanıb və bu mərkəzlərdə şəhid olanların sayı 714-ə, yaralıların sayı isə 4837-yə çatıb.