Qəzzə zolağında uzunmüddətli mühasirə və ardıcıl bombardmanlar nəticəsində yaranan qidalanma böhranı elə bir həddə çatıb ki, hamilə qadınların sağlamlığı ciddi təhlükə altına düşüb.
84 günlük mühasirə və İsrail rejiminin Qəzzə zolağına davam edən hücumlarından sonra bölgədə humanitar böhran həyəcan verici həddə çatıb. Dərc edilmiş məlumatlara görə, hamilə fələstinli qadınlar arasında 300-dən çox uşaq düşmə halı qeydə alınıb. Bu hallar əsasən ağır qidalanma, dərman çatışmazlığı və hamiləlik dövründə lazımi tibbi yardımın göstərilməməsi ilə bağlı olub.
Qəzzə Səhiyyə Nazirliyi 2023-cü il Oktyabrın 7-dən başlayan hücumlar zamanı 53900-dən çox insanın şəhid olduğunu, 122593-dən çox insanın isə yaralandığını açıqlayıb.
Bundan əlavə, kəskin ərzaq və dərman çatışmazlığı 242 nəfərin ərzaq və dərman çatışmazlığı, 58 nəfərin isə qida çatışmazlığı səbəbindən ölümünə səbəb olub. Ən azı 26 böyrək xəstəsi də qida və tibbi yardımın olmaması səbəbindən dünyasını dəyişib.
Xan Yunisdəki Küveyt Xəstəxanası da daxil olmaqla, Qəzzə xəstəxanaları qida əlavələri, uşaqlar, hamilə qadınlar və qocalar üçün dərman çatışmazlığı ilə üzləşib. Bu çatışmazlıqlar xəstəxanaların tibbi xidmət göstərmək imkanlarına ciddi təsir göstərib.
BMT agentliyi olan Dünya Ərzaq Proqramı Qəzzədə 70 mindən çox uşağın kəskin qida çatışmazlığı ilə üzləşdiyi barədə xəbərdarlıq edib.
Təşkilat mövcud ərzaq yardımının kifayət etmədiyini və aclığın qarşısını almaq və insanların həyatını xilas etmək üçün humanitar yardıma təcili, təhlükəsiz və məhdudiyyətsiz çıxışın lazım olduğunu vurğulayıb.