Qəzzə Səhiyyə Nazirliyi ötən həftənin cümə axşamı günü sionist rejimin Qəzzə zolağında növbəti vəhşi cinayət və qətliam törətdiyini açıqlayıb.
Xarici KİV-in Qəzzə Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, Qəzzə zolağının şimalında yerləşən “Kamal Üdvan” xəstəxanasının yaxınlığındakı bir yaşayış məhəlləsinin bombalanması nəticəsində azı 60 fələstinli şəhid olub və 100 nəfər isə yaralanıb.
Qəzzə zolağındakı jurnalistlərdən biri bu hücumda indiyə qədər 66 nəfərin şəhid olduğunu və onların çoxunun qadınlardan və uşaqlardan ibarət olduğunu bildirib.
Məlumatlara əsasən, işğalçı rejim eyni zamanda Qəzzə zolağının müxtəlif bölgələrini artilleriya və qırıcı təyyarələri ilə hədəfə alıb.