Fələstin Qırmızı Aypara Cəmiyyəti verdiyi bəyanatda bildirib ki, sionist qırıcıları cümə axşamı Qəzzənin qərbində yerləşən Tel əl-Həva məhəlləsindəki Qüds xəstəxanasının ətrafını davamlı şəkildə bombalayıb.
Fələstin Qırmızı Aypara Cəmiyyətinin bəyanatında deyilir: Düşmən olan sionist xəstəxana ətrafındakı əsas küçələrdə yerləşən bir neçə binanı hədəfə alıb.
Fələstin Qırmızı Aypara Cəmiyyəti əlavə edib: Bu bomdarmdanlar nəticəsində təxminən 8000 köçkün və evsiz insanın xəstəxana işçiləri il birlikdə içərisində olduğu xəstəxananın əsas binasına qəlpələr dəyib.
Fələstin Qırmızı Aypara Cəmiyyəti vurğulayıb ki, mülki şəxslər və xəstəxana işçiləri dərhal himayə olunmalıdırlar.
Sionist qırıcılarının çərşənbə axşamı (17 Oktyabr) Qəzzədəki “Əl-Məmədani” xəstəsanasına hücumunda 500-dən çox fələstinli şəhid olub. Qeyri-rəsmi mənbələrin sözlərinə görə, onların sayı 1000 nəfərə çatıb və çoxlu sayda insan da yaralanıb.