Sionist rejimi ordusu Qəzzə zolağına qarşı təcavüzkar hücumlarına başladıqdan bəri onlarla fələstinli jurnalisti şəhid edib. Şəhid edilən bu jurnalistlərin sayı ikinci dünya müharibəsi boyunca öldürülən jurnalistlərin sayından daha çoxdur.
Sionist rejiminin indiki müharibəsi Qəzzədə jurnalistlərə qarşı ən qanlı müharibədir. Bu, ərəb və Qərbə aid olmasından asılı olmayaraq jurnalistlərə dəstəklə bağlı bütün qrumlar tərəfindən, bəlkə də ilk dəfə qəbul olunan bir təsvirdir. Baxmayaraq ki, qərblilər İsrail rejiminin nəqllərinə nisbətdə təəssübkeşlik edirlər yaxud da Qərbə aid qrumların çoxu ən azından, müharibə cinayətləri və qətliam törətməklə bağlı bu rejimə qarşı irəli sürülən ittihamları azaltmağa çalışır.
Fələstin hökumətinin Qəzzədəki media ofisinin sözlərinə görə, sionist rejimi Qəzzəyə qarşı təvacüzlərinə başladıqdan bu məlumatın yazıldığı vaxta qədər (9 Fevral 2024) 124 jurnalisti şəhid edib. Onlardan bəziləri öz ailə üzvləri ilə birlikdə şəhid olublar. Bu say Qəzzədəki media işçilərinin 8.5%-ni təşkil edir. İsrail rejimi bu müddət ərzində onlarla digər jurnalisti yaralayıb yaxud da həbs edib.
Bu müharibədə jurnalistlərin İsrail rejimi tərəfindən hədəfə alınmaları Qəzzə ilə məhdudlaşmayıb, onlar Livanın cənubunda da hədəf seçiliblər. Sionist rejimi ordusunun həyata keçirdiyi bir hücumda 3 livanlı jurnalist şəhid olub və bəziləri isə yaralanıblar. Livanlı jurnalistlər sionist rejimi ordusunun təcavüzlərini işıqlandırdığı zaman dəfələrlə hücuma məruz qalıblar.
Jurnalistlərə Dəstək Komitəsi və Fələstin Milli İnformasiya Mərkəzinin 2 Oktyabr 2023-cü il və 29 Yanvar 2024-cü il tarixləri arasındakı fasilədə dərc etdiyi şəhid jurnalistlərin adlarına dair geniş siyahıya əsasən, İsrail rejimi tərəfindən jurnalistlərin hədəfə alınmasını aşağıdakı kimi təsnif etmək olar:
Sionist rejiminin ordusunun bir başa hücumuna məruz qalan jurnalistlərin sayı: 8 jurnalist media işıqlandırması zamanı, 1 jurnalist şəhər müdafiə maşınında və 3 jurnalist maşınlarına hücum zamanı
Sionist rejiminin ordusunun snayperçilərinin atdığı atəş nəticəsində şəhid olan jurnalistlərin sayı: 3 nəfər
İsrail rejimi ordusunun hava hücumları və atəşə tutması zamanı şəhid olan jurnalistlərin sayı: 42 nəfər
Birbaşa evləri hədəfə alınaraq şəhid edilən jurnalistlərin sayı: 22 nəfər
Livanın cənubunda da xəbər agentliklərindən birinin fotoqrafı İsam Abdullah, jurnalist Fərəh Ömər və TV kanal operatoru Rəbi əl-Memari Noyabrın 21-i İsrail rejiminin Livanın cənubuna olan hücumlarını işıqlandırdıqları halda bu rejimin birbaşa hücumu nəticəsində şəhid olublar.
Sionist rejiminin Qəzzə zolağına qarşı müharibəsi zamanı Fələstində iki aydan daha az bir müddətdə şəhid olan jurnalistlərin sayı ikinci dünya müharibəsi, Vyentnam müharibəsi və Koreya müharibəsində öldürülən jurnalistlərin sayından daha çox olub.
İordan çayının qərb sahillərində də fələstinli jurnalistlər hücuma məruz qalıblar. Verilən məlumatlara görə, sionist rejimi məmurları İordan çayının qərb sahillərində təxminən 58 nəfər qadın və kişi jurnalisti həbs ediblər.
Məlumata əsasən, 80 mətbuat və media müəssisəsi bombalanaraq tam yaxud qismən dağıdılıb, həmçinin onlara hücum olunaraq avadanlıqlar müsadirə edilib. Eyni vəziyyət İordan çayının qərb sahillərində də baş verib.
İsrail rejimi davamlı olaraq məsuliyyət və cavabdehlikdən boyun qaçırmaqla bildirib ki, Qəzzədə işləyən jurnalistlərin təhlükəsizliyinə zəmanət verə bilməz. Bu söz qəsdən hücumun bütün formalarında “jurnalistərə ehtiram və dəstəyin vacibliyini” çatdıran beynəlxalq qanunları açıq-aşkar pozmaqdır.
İsrail rejiminin, jurnalistləri hədəf seçməklə öz xəyanətlərinə dair xəbərlərin və mövcud olan həqiqətin dünyaya yetişməsinin qaşısını almaq üçün göstərdiyi cəhdlərə baxmayaraq, Qəzzədəki jurnalistlər və fəallar qəsdən və davamlı olan hücumları işğalçı rejimə qarşı, xüsusən də sosial şəbəkələrdə və mediada sənədləşdirməyə müvəffəq olurlar. Bu da İsrail rejiminə qarşı şikayətlər vermək üçün Beynəlxalq Cinayət Məhkəməsinə təzyiq imkanı yaradır.
Heç kəsə gizlin deyil ki, İsrail rejimi və ABŞ arasındakı üzvi və çox güclü birlik 1948-ci ildən əvvələ qayıdır. Amerika bir çox səbəblərdən İsrail rejiminin hamisi və ilk müdafiəçisi və diplomatik, hərbi, siyasi və maliyyə sahələrində onun əsas dəstəkçisi sayılır. O səbəblərdən biri İsrail rejiminin müstəmləkəçi kimi icraçı roludur, hansı ki, Amerikanın Ərəb ölkələrini viran qoymaq və talamaqdakı maraqlarını təmin edir.
Buna görə də, təəccüblü deyil ki, ABŞ İsrail rejiminin Qəzzəyə qarşı indiki təcavüzdəki cinayətləri qarşısında cavab verməsinə icazə vermir.
Halbuki, ABŞ-ın özünün də, İraq müharibəsi də daxil olmaqla, yaratdığı müharibələrdə jurnalistlərə qarşı törədilən cinayətlərdə payı var.