Sionist rejiminin Qəzzədəki Ən-Nəsirat düşərgəsinə hücumları nəticəsində fələstinli bir xanım müxbir bir neçə ailə üzvü ilə birlikdə şəhid olub.
Bu məlumata əsasən, sionist rejiminin Qəzzənin mərkəzindəki Ən-Nəsirat düşərgəsinə hücumları nəticəsində fələstinli müxbir “Hənin Əli əl-Qəştan” bəzi ailə üzvləri ilə birlikdə şəhid olub.
Bundan əvvəl də Jurnalistləri Müdafiə Komitəsi verdiyi hesabatda sionist rejimi ilə Qəzzə arasındakı toqquşmalar zamanı 56 fələstinli jurnalistin şəhid olması barədə məlumat vermişdi.
Qəzzə müharibəsində jurnalistlərin və media işçilərinin ölməsi, yaralanması, itkin düşməsi ilə bağlı bütün hesabatları araşdırmaqda olan “Jurnalistləri Müdafiə Komitəsi” (CPJ) bildirib ki, bu komitənin hesabatına görə, Dekabrın 11-dək azı 63 müxbir və media işçisi həyatını itirib.