Qəzzə zolağında müdafiəsiz Fələstin xalqına qarşı başladılan soyqırımın və sionist rejimin qırıcılarının cinayətkar hücumlarının davam etməsi səbəbilə daha 54 Fələstin vətəndaşı şəhid olub.
Qəzzədəki tibbi mənbələr çərşənbə axşamı bildiriblər ki, sionist rejimin son 24 saat ərzində Qəzzəyə olan hücumları nəticəsində 54 fələstinli şəhid olub.
Bu məlumata əsasən, işğalçıların artilleriyası Qəzzənin mərkəzindəki əl-Məğazi qaçqınlar düşərgəsinin şərq hissəsini və Qəzzə şəhərinin şərqindəki ət-Tuffah məhəlləsini hədəfə alıb.
Xarici KİV-in verdiyi məlumata əsasən, sionist ordusuna aid qırıcılar Qəzzə zolağının cənubunda yerləşən Xan Yunisin qərbini bombalayıblar.