Xəbər mənbələri sionist rejimin cinayətlərinin ardınca Qəzzədə digər 17 nəfərin şəhid olduğu barədə məlumat veriblər.
Xarici KİV-in verdiyi məlumata əsasən, Qəzzə zolağında “əl-Bəric” düşərgəsinin və “Cəbaliya” məntəqəsinin sionist rejimi tərəfindən bombalanması nəticəsində 17 Fələstin vətəndaşı şəhid olub.
Qəzzənin davamlı şəkildə bombalanması və nəticədə şəhid olanlar səbəbi ilə bu məntəqənin vəziyyəti dəhşətlidir. Ölümcül soyuqlar da qaçqınların iztirablarını atırır.
Müharibənin əvvəlindən indiyə qədər 154 minə yaxın insan şəhid olub və yaralanıb. Müharibə qurbanlarının əksəriyyətini qadınlar, uşaqlar, tibb işçiləri və jurnalistlər təşkil edir.
Bütün bu cinayətlərə baxmayaraq, sionist rejimi 15 ay müharibədən sonra hələ də öz hədəflərinə, yəni HƏMAS hərəkatını məhv etməyə və sionist əsirlərini Qəzzə zolağından qaytarmağa nail ola bilmədiyini etiraf edib.