Fələstinli operator Fadi Xəlifə Qəzzə şəhərinin cənub-şərqindəki Zeytun məhəlləsində sionistlərin hücumu nəticəsində şəhid olub.
Sionist rejim bu gün Qəzzədə daha bir jurnalisti də şəhid edib.
Media qurumunun məlumatına görə, araşdırma aparmaq üçün Qəzzə şəhərinin cənub-şərqindəki Zeytun məhəlləsindəki evinə gedən fələstinli fotoqraf Fadi Xəlifə sionist ordusunun hücumu zamanı şəhid olub.
Bu, bir neçə saat əvvəl fələstinli fotojurnalist Həssam Saleh Adlouninin həyat yoldaşı Suad və uşaqları Əbdül Rəhman, Şahad və Fairuz ilə birlikdə İsrailin Qəzzə zolağının cənubundakı Xan Yunisin şimalındakı əl-Qarara bölgəsindəki çadıra hücumu nəticəsində şəhid olduqlarının açıqlanmasından sonra baş verib.