Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi sionist rejimin bu bölgədə törətdiyi yeni cinayətlərə diqqət çəkərək bəyan edib ki, “Əqsa Tufanı” əməliyyatının başlanğıcından indiyədək şəhidlərin sayı 50 min 669 nəfərə çatıb.
Xarici KİV-in verdiyi məlumatına görə, Qəzzədəki Fələstinin Səhiyyə Nazirliyi son 24 saat ərzində bu bölgədə 60 nəfərin şəhid olduğunu və 162 nəfər isə yaralandığınıbildirib.
Məlumata əsasən, sionist rejimi18 Mart 2025 tarixindəQəzzə zolağına qarşı yeni hücumlarına başladıqdan bu günədək 1309 nəfər şəhid olub, 3184 nəfər isə yaralanıb.
Bu şəhidləri nəzərə almaqla, 2023-cü il oktyabrın 7-si tarixində başlayan “Əqsa Tufanı” əməliyyatından indiyədək Qəzzədə şəhidlərin sayı 50 min 669 nəfərə, yaralıların sayı isə 115 min 225 nəfərə çatıb.
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Axtarış Agentliyi (UNRWA) son açıqlamasında Qəzza zolağında humanitar vəziyyətin ağır olduğunu bildirərək qeyd edib ki, Qəzza əhalisinin 51 faizi uşaqlardan ibarətdir.
UNRWA xəbərdarlıq edib ki, uşaqlar sionist rejimin hava hücumlarının əsas qurbanlarıdır və 18 mart 2025tarixində müharibənin yenidən başlanmasından bu yana Qəzzada gündə orta hesabla 100 uşaq öldürülür və ya yaralanır.