Sionist rejiminə məxsus qırıcılar Qəzzə şəhərində yerləşən “Əd-Dərc” məhəlləsində bir mənzili bombalayıblar və bunun ardınca 30 nəfər şəhid olub.
Qəzzənin şimal və cənubu bugün (7 Dekabr) müharibənin 62-ci günündə Fələstin Müqavimət Qüvvələri ilə İsrail işğalçıları arasında ağır döyüşlərə şahid olub və fələstinlilər müxtəlif nahiyələrdə bir neçə tank və personal daşıyıcısını məhv ediblər.
Sionist rejimi qırıcıları axşam saatlarına yaxın bir vaxtda Qəzzə şəhərində yerləşən “Əd-Dərc” məhəlləsində bir mənzili bombalayıblar və ilkin statistika 30 nəfərin şəhid olduğunu göstərir.
Bu qırıcılar, həmçinin Qəzzədə yerləşən Hələb məktəbini bombalayıblar. Bu hücumların ardınca da bir neçə nəfər şəhid olub.
Fələstin Müqavimət Qüvvələri ilə sionist hərbiçilərinin quru toqquşmalarına gəlincə, Fələstin İslami Cihadın hərbi qolu olan “Səraya əl-Qüds” qüvvələri bugün səhər Qəzzə şəhərinin cənubunda yerələşən “Əş-Şücaiyyə” məhəlləsində bu işğalçılarla toqquşublar.