Qəzzə Yardım Təşkilatının verdiyi son məlumata əsasən, Qəzzənin şimalında yerləşən “Həlimə Sədiyyə” məktəbinin bombalanması zamanı indiyədək 4 nəfər şəhid olub, 15 nəfər isə yaralanıb. Mümkün şəhidlərin cəsədlərinin tapılması üçün axtarışlar davam edir.
Sionist rejiminin qırıcıları Qəzə zolağının şimalında yerləşən “Cəbaliya” düşərgəsindəki “Həlimə Sədiyyə” məktəbini bombalayıblar.
Qəzzə müharibəsi başlayan vaxtdan bəri fələstinli qaçqınların məskunlaşdığı bu məktəbə hücum zamanı indiyədək 4 nəfər şəhid olub, 15 nəfər isə yaralanıb.
Qəzzə şəhərinin qərbində yerləşən “ən-Nəsr” məntəqəsindəki bir yaşayış mənzilinin bombalanması zamanı da ikisi uşaq olmaqla, bir ailənin 4 üzvü şəhid olub.