Sionist ordusunun 24 saat ərzində Qəzzə zolağının müxtəlif bölgələrinə qarşı hücumlarında azı 64 nəfər şəhid olub və onlarla insan isə yaralanıb.
Fələstin mediaları həftənin çərşənbə günü səhər saatlarında sionist terror rejimi ordusunun Qəzzə zolağının müxtəlif yerlərinə qarşı cinayətkarlıqla həyata keçirdiyi hücumların davam etdiyini bildiriblər.
Xarici KİV-in Qəzzə zolağındakı tibb resurslarına istinadən verdiyi məlumata əsasən, işğalçıların bir gün ərzində Qəzzə zolağına qarşı vəhşi hücumları zamanı 64 fələstinli şəhid olub.
Qəzzə zolağındakı jurnalistlərdən biri bildirib ki, Qəzzə zolağının mərkəzində yerləşən “Deyr əl-Bələh” məntəqəsindəki qaçqın çadırlarının bombalanması zamanı 2 nəfər şəhid olub və 1 nəfər isə yaralanıb.
Həmçinin işğalçıların döyüş katerlərinin Qəzzə zolağının mərkəzində yerləşən “ən-Nəsirat” düşərgəsinin qərbinə atəş açdıqları bildirilib.