Sionist rejiminin Qəzzə şəhərindəki bir yaşayış binasına hücumunda 2 nəfər Fələstin vətəndaşı şəhid olub.
Qəzzə zolağında yerləşən Xan Yunisdəki jurnalistlərdən biri bildirib: Sionist rejiminin Qəzzə şəhərindəki bir yaşayış binasına hücumunda 2 Fələstin vətəndaşı şəhid olub və bir neçə nəfər isə yaralanıb.
O, Qəzzənin cəbubunda yerləşən Rəfəh şəhəri və düşərgəsinin sionist rejiminin artilleriyası tərəfindən ağır atəşə tutulduğu barədə məlumat verərək bildirib: Düşmən sionist, vətəndaşların mənzillərini atəşə tutub. Eyni zamanda İsrail helikopterləri bu bölgədəki evlərinə qayıtmaq istəyən insanlara tərəf atəş açıblar.
Verilən məlumata əsasən, sionist rejiminin hücumlarının ardınca, Rəfəhdə Fələstin müqavimət qüvvələri və Qəssam batalyonları ilə sionistlər arasında şiddətli qarşıdurma baş verib. Müqavimət qüvvələri Yasin 105 raketi və zireh əleyhinə güllələr ilə düşmənin bu regiondakı avtomobillərinə hücum ediblər.
Eyni zamanda Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi sionist rejiminin 24 saat ərzindəki hücumlarında 70 fələstinlinin şəhid olduğunu və 150 nəfərin isə yaralandığını açıqlayıb.