Media mənbələri Qəzzə zolağında aclıq və qida çatışmazlığı nəticəsində şəhid olanların sayının artaraq 20 nəfərə çatdığı haqda məlumat veriblər.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzə sakini “Əhməd Sukkər” adlı fələstinli uşaq işğalçı rejimin Qəzzə zolağına qarşı mühasirəsi və dağıdıcı müharibəsindən yaranmış aclıq və qida çatışmazlığı nəticəsində şəhid olub.
Bundan öncə 15 yaşlı “Mərəh Təlal əl-Yazci” qida çatışmazlığı səbəbindən Qəzzə zolağında şəhid olmuşdu.
Qəzzə Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki, Qəzzə zolağında qıtlıq və qida çatışmazlığı nəticəsində indiyədək 20 nəfər şəhid olub.
Bu məlumata əsasən, aclıq səbəbindən həyatlarını itirmiş bu 20 nəfərdən 17-si uşaqdır.
Nazirliyin sözçüsü “Əşrəf əl-Qədrə” xəbərdarlıq edərək bildirib: Qıtlıq artmaqdadır. Əgər təcavüzlər dayanmazsa, humanitar və tibbi yardımlar gəlməzsə, minlərlə vətəndaş həyatını itirəcək.
O, işğalçı ordunu “Qəzzənin şimalında minlərlə ac insana qarşı dəhşətli və davamlı qətliam” törətməkdə ittiham edib və dünya ictimaiyyətindən bu zolaqda təcili atəşkəsə zəmanət verilməsi üçün bütün təzyiq vasitələrindən istifadə etməsini istəyib.