Qəzzədə qida çatışmazlığı və quru süd çatışmazlığı səbəbindən üçüncü fələstinli körpənin ölməsi ilə aclıqdan şəhid olan uşaqların sayı 84-ə çatıb.
Xarici KİV-in verdiyi məlumata görə, şənbə günü səhər, cəmi yeddi günlük olan fələstinli körpə Hud Ərafat qidalanma və süd çatışmazlığı səbəbindən şəhid olub.
Xəbər agentliklərindən birinin məlumatına görə, bu hadisə ilə aclıq və qida çatışmazlığından ölən uşaqların sayı 3-ə, Qəzzədə aclıq qurbanlarının sayı isə 124-ə yüksəlib.
Bundan əvvəl 6 aylıq “Zeynəb Əbu Həlib” adlı körpə qida çatışmazlığı və aclıq səbəbindən Nasirr Xəstəxanasında şəhid olub və onun şəkillərinin yayımlanması sosial şəbəkə istifadəçiləri arasında qəzəb dalğasına səbəb olub.


Zeynəbdən bir neçə saat əvvəl Qəzzə şəhərindən olan başqa bir uşaq Əbdül Qadir əl-Fayumi aclıqdan ölüb.


Tibbi mənbələr qurbanlardan 84-nün uşaq olduğunu bildirib. Qəzzə zolağında 900 minə yaxın uşaq qida çatışmazlığı və şiddətli aclıqla üzləşib. Onlardan 70 000-i “qədərsizliyin” təhlükəli mərhələsinə qədəm qoyub. Humanitar təşkilatlar blokada siyasətinin davam etdirilməsindən və humanitar yardıma qoyulan məhdudiyyətlərdən narahat olduqlarını bildiriblər.
Mütəxəssislər mövcud vəziyyətin davamının Qəzzədə yeni nəsil uşaqları sağalmaz fiziki və psixoloji təsirlərlə qarşı-qarşıya qoyacağını vurğulayıblar.