Fələstin mənbələri Qəzzədə indiyə qədər 1 yaşdan aşağı 800 uşağın şəhid olduğunu açıqlayıblar.
Qəzzədəki tibbi hesabatlarda bildirilib ki, Qəzzədə 800 uşaq 1 yaşını tamamlamamış şəhid olub.
Xarici KİV-in verdiyi məlumata görə, 2023-cü ilin Oktyabr ayının 7-dən başlanan bu müharibə müddətində 180-dan çox körpə doğulub və ölüb.
Eyni zamanda UNİCEF-in sözçüsü deyib: Qəzzədə uşaqlar soyuqdan və xəstəlikdən əziyyət çəkirlər. Onların çoxu yay paltarları geyinir.
Ötən həftə Qəzzə zolağında 6-cı fələstinli körpə kəskin soyuqlar nəticəsində həyatını itirib və daha öncə şəhid olan əkiz qardaşına qovuşub.
Xəbər mənbələrinin verdiyi məlumata əsasən, yağan güclü yağışların ardınca Qəzzə zolağının mərkəzindəki çadırlar su içində qalıb və vətəndaşların bir çoxu yardım istəyir.