Sionist rejimin Qəzzəyə qarşı son bir gün ərzindəki hücumları zamanı 20 fələstinli şəhid olub.
Sionist rejimin Qəzzəyə qarşı cinayətkar hücumları və beynəlxalq qrumların sükutu sayəsində fələstinlilərin qətlə yetirilməsi çərşənbə axşamı səhər saatlarında da davam edib.
Xarici KİV-in xəstəxana resurslarına istinadən verdiyi məlumata görə, sionist rejimin son 24 saat ərzində Qəzzə zolağına qarşı hücumları zamanı 20 fələstinli şəhid olub.
Qətərin xəbər tv şəbəkəsinin Qəzzədəki müxbiri deyib: “İsrail rejiminin dronları Qəzzə zolağının cənubunda yerləşən Xan Yunis şəhərindəki qaçqın düşərgələrində olan evlərə hücum ediblər.”
Həmçinin verilən məlumata əsasən, işğalçıların artilleriyası Qəzzə zolağının şimalında yerləşən “Beyt Lahiya” şəhərinin qərb bölgələrini atəşə tutub.