Fələstin Qırmızı Aypara Cəmiyyəti ötən ilin Oktyabr ayının 7-dən etibarən sionist rejiminin hücumları nəticəsində Qəzzədə 15 min 103 uşağın şəhid edildiyini açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata əsasən, sionist rejiminin Qəzzə şəhərində yerləşən əs-Səhabə küçəsindəki bir evə hücumu zamanı 3 uşaq şəhid olub və digər bir neçə nəfər isə yaralanıb.
Qəzzənin şərqində yerləşən əs-Sidrə məntəqəsindəki bir binaya hücumda da bir neçə nəfər şəhid olub və bəziləri isə yaralanıb.
Müqavimət qüvvələri və işğalçı rejim “Cəbaliya” düşərgəsində növbəti dəfə toqquşublar və sionist rejimi bu düşərgəni artilleriya hücumlarına məruz qoyub və əl-Həvca küçəsinə hücum edib. Bundan əlavə, sionist rejiminin Rəfəh şəhərinin cənubundakı bir mənzilə hücumunda 4 fələstinli şəhid olub və bir neçə nəfər yaralanıb