Xəbər mənbələri Qəzzə zolağının şimalında bir yaşayış binasının bombalanması zamanı 40-dan çox insanın şəhid olması barədə məlumat veriblər.
Sionist rejimi Qəzzə zolağının şimalında yerləşən Cəbaliya düşərgəsində əl-Ərəc ailəsinə aid bir yaşayış mənzilini bombalaması nəticəsində 40-dan çox fələstinlini şəhid edib.
Bu bombardmanda 6 mərtəbəli bir bina tamamilə dağıdılıb. Bu binanın sakinləri Qəzzə zolağının digər bölgələrindən olan köçkünlər olub.
Sionist qırıcılarının Cəbaliya düşərgəsindəki Ərbəkan məktəbinə hücumunda da 2 fələstinli şəhid olub və bir neçə nəfər isə yaralanıb.
Sionist rejimin Qəzzə zolağına qarşı başlatdığı bu təcavüzkar müharibədə ümumilikdə 140 min insan şəhid olub və yaralanıb, digər 10 min fələstinli itkin düşüb. Sionist rejimi Qəzzə zolağını ağır və geniş şəkildə bombalamaqla çoxlu dağıntılar yaradıb. Bu bölgənin mühasirəsi də orada insan fəlakətinə səbəb olub.
Bütün bu cinayətlərə baxmayaraq, sionist rejimi 13 ay müharibədən sonra hələ də öz hədəflərinə, yəni HƏMAS hərəkatını məhv etməyə və sionist əsirlərini Qəzzə zolağından qaytarmağa nail ola bilmədiyini etiraf edib.