Sionist rejimin Qəzzə zolağına qarşı təcavüzləri nəticəsində 2023-cü il Oktyabr ayının 7-dən etibarən bu bölgədə şəhid olanların sayı 51305 nəfərə çatıb.
Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi çərşənbə günü açıqlamasında bildirib ki, ötən 24 saat ərzində Qəzzədə 39 nəfər şəhid olub və 105 nəfər isə yaralanıb.
Bu hesabata əsasən, sionist rejimin 18 Mart 2025-ci il tarixində Qəzzə zolağına qarşı təcavüzlərinin yeni mərhələsi başlayan vaxtdan bəri 1928 nəfər şəhid olub və 5055 nəfər yaralanıb.
Bu şəhidlər də nəzərə alınmaqla, 7 Oktyabr 2023-cü ildə əl-Əqsa Tufanı başlayan vaxtdan bugünə qədər Qəzzə zolağında şəhid olanların ümumi sayı 51305, yaralıların sayı isə 117096 nəfərə yüksəlib.