Fələstin xəbər mənbələri şənbə günü (11 May) sionist rejimi ordusunun Qəzzə zolağının mərkəzinə olan hücumlarında azı 20 nəfər Fələstin vətəndaşının şəhid olması ilə bağlı məlumat veriblər.
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejimi ordusunun Qəzzə zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərinə olan hücumu nəticəsində 20 nəfər fələstinli şəhidin cənazəsi Əl-Əqsa Şəhidləri xəstəxanasına yerləşdirilib.
Bu hücumlarda bəzi Fələstin vətəndaşları da yaralanıb.



























