Xarici KİV-in dünən səhər verdiyi məlumata əsasən, sionist rejimin Qəzzə zolağına qarşı səhər saatlarında həyata keçirdiyi hücumlarda 42 fələstinli şəhid olub və onlarla insan yaralanıb.
Fələstin mediaları cümə axşamı günü sionist rejimin ordusunun Qəzzə zolağının müxtəlif nöqtələrinə cinayətkar hücumlarının davam etdiyi barədə məlumat veriblər.
Xarici tv kanallardan biri bu barədə deyib: “İşğalçılara aid təyyarələrin Qəzzə şəhərinin qərbində yerləşən əl-Cəla küçəsindəki yaşayış binalarından birinə etdiyi hücum nəticəsində 7 fələstinli şəhid olub və bir neçə nəfər isə yaralanıb.”
Məlumatda, həmçinin bildirilib: “Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhəri ətrafındakı xilasetmə qrupunun bombalanması 8 nəfərin şəhid olması, 30-dan çox insanın isə yaralanması ilə nəticələnib.”
Qəzzə zolağındakı müxbirlərdən biri də bildirib: “Sionistlərin Qəzzə şəhərinin qərbindəki “Cuzur Birliyi”nə olan hava hücumun ardınca 12 fələstinli şəhid olub və onlarla digər insan isə yaralanıb.”
Bundan əlavə, həmçinin bildirilib: “İşğalçıların Qəzzə zolağının cənubunda yerləşən ər-Rəşid küçəsindəki xilasetmə qüvvələrinə qarşı həyata keçirdiyi iki hücumda 15 fələstinli şəhid olub.”