Xəbər mənbələri İsrail rejiminin Qəzzə zolağının mərkəzində fələstinli qaçqınların yerləşdiyi məktəbi bombaladığını bildirib.
Xarici KİV-in cümə axşamı səhər vaxtı verdiyi xəbərə əsasən, fələstinli qaçqınlara qarşı törədilən son cinayətdə İsrail döyüş təyyarələri Qəzzə zolağının mərkəzindəki əl-Bureyc düşərgəsindəki Əbu Hulv məktəbini bombalayıb.
Bu cinayət nəticəsində 4 Fələstin vətəndaşı şəhid olub, onlarla insan isə yaralanıb.
Bu məktəb İyulun 8-də də İsrail rejimi tərəfindən bombalanıb.
Bu bombardmanda məktəbin həyətindəki çoxlu sayda qaçqın çadırı yanıb, çoxlu sayda fələstinli mülki şəxs şəhid olub və yaralanıb.