Xəbər mənbələri dünən səhər saatlarından axşam saatlarına qədər Qəzzə zolağının müxtəlif bölgələrində 90 Fələstin vətəndaşının şəhid olduğunu bildiriblər.
Verilən məlumata əsasən, ən çox Qəzzə şəhəri sionist rejimin hava, artilleriya və dron hücumlarına məruz qalıb və ən çox şəhid də elə bu şəhərdən olub.
Sionist rejimin Qəzzə zolağının cənubuna olan hücumlarında 10 nəfər, mərkəzdə 4 nəfər, Qəzzə şəhərinə hücumda 52 nəfər və Qəzzə zolağının şimalının bombalanmasında isə 24 nəfər şəhid olub.
2023-cü ilin Oktyabr ayının 7-də sionist rejimi iki əsas məqsədlə Qəzzə zolağına qarşı müharibəyə başladı: HƏMAS hərəkatını məhv etmək və sionist məhbusları bölgədən geri qaytarmaq. Lakin bu məqsədlərinə nail ola bilmədi və məhbusların mübadiləsi üçün HƏMAS hərəkatı ilə razılığa gəlməyə məcbur oldu.
2025-ci il Yanvarın 19-da HƏMAS və sionist rejimi arasında razılaşma əsasında Qəzzə zolağında atəşkəs elan edildi və bir neçə əsir dəyişdirildi. Bununla belə, sionist rejim atəşkəs danışıqlarının ikinci mərhələsinə daxil olmaqdan imtina edərək, 18 Mart 2025-ci il çərşənbə axşamı səhəri atəşkəs şərtlərini pozaraq Qəzzə zolağına hərbi təcavüzünü bərpa etdi.