Xəbər mənbələri Qəzzə zolağının mərkəzində bir yaşayış mənzilinin bombalanması nəticəsində 21 nəfər Fələstin vətəndaşının şəhid olması barədə məlumat veriblər.
Fələstin mediaları sionist rejimin qırıcılarının Qəzzə zolağının mərkəzində yerləşən ən-Nəsirat düşərgəsindəki bir yaşayış mənzilini bombaladıqlarını bildiriblər.
Ən-Nadi ailəsinə aid mənzilin sionist rejimi tərəfindən bombalandığı bu cinayətdə 21 nəfər, o cümlədən bir neçə fələstinli uşaq şəhid edilib.
Qəzzə zolağının xəstəxana resursları daha öncə mediayaya açıqlamalarında bildirmişdilər ki, ötən cümə günü sübhdən axşama qədər Qəzzə zolağının müxtəlif bölgələrində 63 nəfər şəhid olub.
Sionist rejimi Qəzzə zolağına qarş təcavüzkar hücumlara başlayan vaxtdan etibarən, əlindən gələn cinayəti törədib və beynəlxalq qanunlara əhəmiyyət vermədən uşaqları, qadınları, tibb işçiləri və jurnalistləri hədəfə alıb.