Sionist rejimin Qəzzə zolağına qarşı amansız təcavüzü davam etdiyi bir vaxtda 2023-cü il Oktyabrın 7-dən bu yana bölgədə şəhid olanların sayı 52 min 535-ə çatıb.
Xarici KIV-in bazar günü verdiyi məlumata görə, Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi son 24 saat ərzində 40 nəfərin öldüyünü, 125 nəfərin isə yaralandığını açıqlayıb.
Bu hesabata əsasən, sionist rejimin Qəzzə xalqına qarşı təcavüzünün yeni mərhələsinin başlaması ilə 2025-ci il Martın 18-dən Qəzzədə 2436 nəfər şəhid olub, 6450 nəfər isə yaralanıb.
Bu şəhidlər də daxil olmaqla, əl-Əqsa Fırtınası əməliyyatının başladığı 7 Oktyabr 2023-cü ildən bu yana Qəzzədə şəhid olanların sayı 52 min 535, yaralıların sayı isə 118 min 491-ə çatıb.
Xəbər mənbələri İsrail rejiminin Qəzzənin cənubundakı Xan Yunus düşərgəsindəki bir evə hava zərbəsi endirdiyini bildirib. Bu mənbələr sionist rejimin döyüş təyyarələrinin Xan Yunis şəhərinin cənubundakı “Qayzan ən-Nəccar”a hücumlarını da qeyd ediblər.
Xəbər agentliklərindən birinin müxbiri, həmçinin Qəzzənin cənubundakı Xan Yunis şəhərinin “əl-Məvasi” bölgəsinin şimal-qərbindəki qaçqın çadırının bombalanması zamanı bir neçə fələstinlinin yaralandığını, İsrail rejiminin pilotsuz təyyarəsinin “Əbəsən əl-Kəbirə”nin şərqindəki qaçqın çadırlarına hücumu nəticəsində bir neçə fələstinlinin yaralandığını bildirib.
Həmçinin, “əl-Məvasi” bölgəsində bir mənzilin bombalanması zamanı 4 fələstinli, Xan Yunisin qərbindəki “əl-Əmal” məhəlləsində başqa bir evin bombalanması nəticəsində bir fələstinli qadın şəhid olub.